Ukrayna Luqanskda bəzi yaşayış məntəqələrini azad edib
Ukrayna Milli Qvardiyası Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib.
Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib.
Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.