Dollar milyarderi Rusiya vətəndaşlığından imtina edib
Dollar milyarderi, Rusiya Federasiyasında ilk müstəqil qaz şirkəti “İtera”nın yaradıcısı və “Areti” beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov 2023-cü ildə Rusiya vətəndaşlığından imtina edərək Kiprin vətəndaşı olaraq qalıb.
“Turanın səsi ” xəbər verir ki, bunu Forbes jurnalının saytında biznesmenin profilindən əldə edilən məlumatlar sübut edir.
Makarovun sərvəti 2,1 milyard dollar qiymətləndirilir, o, nəşrin milyarderləri reytinqində 1 466-cı yeri tutur.
O, 2020-ci ildən Kiprin “qızıl pasportu”nun sahibidir.
Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra Makarov Böyük Britaniya və Kanadanın sanksiya siyahısına daxil edilib.