Kolumbiya Kramatorska raket hücumu ilə əlaqədar Rusiyaya etiraz notası göndərəcək
Kolumbiya Ukraynanın Kramatorsk şəhərinə raket hücumu ilə əlaqədar Rusiyaya etiraz notası göndərəcək.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro tviter hesabında yazıb.
Prezident bildirib ki, Rusiya müdafiəsiz üç kolumbiyalıya hücum edərək müharibənin protokollarını pozub: “Xarici İşlər Nazirliyi diplomatik etiraz notası təqdim etməlidir. Biz Serxio, Hektor və Katalinanın (hücum nəticəsində yaralananlar -red.) evə qayıtmasını gözləyirik”.
Xəsarət alan kolumbiyalının sözlərinə görə, Rusiya ordusunun raket zərbəsi onları həmin axşam şam yeməyinə oturduqları anda yaxalayıb.
Qeyd edək ki, iyunun 27-də Rusiya Silahlı Qüvvələri Kramatorsk şəhərinə raket zərbələri endirib. Bu hadisə nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb, bir uşaq olmaqla 60 nəfər yaralanıb. Yaralıların 3-ü Kolumbiya vətəndaşdır.