Ukrayna DSX: “Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir, könüllü təslim olur”

“Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir və onların bir hissəsi artıq könüllü təslim olub”.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

Qeyd edilib ki, Ukraynalı hərbçilər Donetsk vilayətinin Baxmut bölgəsində Rusiya ordusunun piyada qoşunlarını məhv etməkdə davam edir: “İndi əsas vəzifəmiz məhz Rusiya Silahlı Qüvvələrinin piyada qoşunlarını məhv etməkdir. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən PUA-lardan, minaatanlardan, qumbaraatanlardan istifadə edilir”.

Qeyd edək ki, Rusiya KİV-i daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başladığını elan edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir