Priqojinin təyyarəsi Belarusda eniş edib

“Vaqner” Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Belarusun hərbi aerodromlarından birinə eniş edib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.

Qeyd edilib ki, Yevgeni Priqojinin biznes-jeti bu gün saat 07:40-da Minsk yaxınlığındakı Maçulişi hərbi aerodromuna eniş edib.

Bildirilib ki, Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib.

Xatırladaq ki, daha əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Priqojinin Minskdə olması barədə məlumata sahib olduğunu bildirilmişdi .

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir