Vladimir Putin Ukraynada müharibəyə gecə-gündüz şəxsən nəzarət etdiyini açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyat zamanı vəziyyətə gecə-gündüz şəxsən nəzarət etdiyini bildirib.
“Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, o, bunu “Rossiya-1” telekanalına müsahibəsində deyib.
V.Putin söyləyib ki, günü xüsusi əməliyyata nəzarət etməklə başlayır və belə bitir.
“Mənim prioritetim Ukraynadakı vəziyyətdir”, – Rusiya lideri vurğulayıb.