Adil Əliyev Azərbaycanın yeniyetmə və gənclərdən ibarət olan idmançılarımızı təbrik edib.
Azərbaycanın kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millisi İtaliyanın Yezolo şəhərində keçirilən WAKO uşaq, yeniyetmə və gənclərin dünya çempionatında iştirak etmişdir.
38 idmançı ilə dünya çempionatına yollanmış Azərbaycanın yeniyetmə və gənclərdən ibarət millisi 7-si qızıl, 6-sı gümüş, 7-si bürünc olmaqla ümumilikdə 20 müxtəlif əyarlı medal qazanmışdır. Kikboksinqçilərimiz göstərdikləri yüksək nəticə ilə millimiz yeni uğura imza atıb. İdmançılarımızı, onların məşqçilərini və ailə üzvlərini qazanılmış qələbə münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını diləyirəm.