DEPUTAT: “Azərbaycanda terror törətmə ehtimalları böyükdür”
“Azərbaycanın quru sərhədlərinin açılması hələ real görünmür.
Pandemiya dövründə və pandemiya dövründən sonra xarici təhdidlərin çoxluq təşkil etməsi bunu mümkün etmədi. Hazırda da təhdidlər azalmayıb.
Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qalib gəldi, öz torpaqlarını işğaldan azad etdi, ancaq hələ də Ermənistanla sülh imzalanmayıb”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat əlavə edib: “Bununla yanaşı, sərhədlərimizdən istifadə edərək Azərbaycan ərazilərində terror əməliyyatlarının törədilmə ehtimalları böyükdür.
Yaxın qonşularımızda baş verən prosesleri də diqqətlə izləməliyik. Rusiyada baş verənlər də göz önündədir. Stabillik tam təmin olunduqdan, təhdidlər tam aradan qaldırıldıqdan sonra quru sərhədlərimizin açılmasının şahidi ola bilərik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI