Kiyevdə yaşayış binası raketlə vuruldu – Ölənlər var 

Rusiya ordusu Ukrayna paytaxtına raketlərlə hücum edib. 

Turanın səsi ” xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. 

Raketlərdən biri çoxmərtəbəli binaya düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Məlumata görə, iki nəfər xəstəxanaya yerləşdirilib, digər şəxslərə yerində tibbi yardım göstərilib. 

Bundan əlavə, dayanacaqda saxlanılan 40-a yaxın avtomobilə ziyan dəyib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir