ABŞ-da ilk dəfə laboratoriya şəraitində yetişdirilən toyuq ətinin satışına icazə verilib

ABŞ Kənd Təsərrüfatı Departamenti Kaliforniya ştatından iki şirkətə laboratoriyada canlı quşların hüceyrələrindən yetişdirilən toyuq ətinin satışına icazə verib.

Turanın səsi ” in məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Belə ki, “Upside Foods” və “Good Meat” şirkətləri bir neçə ay sonra öz məhsullarını supermarket və restoranlara çatdırmaq üçün rəsmi icazə alıb.

Toyuq əti laboratoriyada polad çənlərdə yetişdirilir. Bunun üçün canlı quş hüceyrələrindən, mayalanmış yumurtalardan və ya xüsusi hüceyrə bankalarından istifadə olunur. İstehsal prosesində hüceyrə kütləsinə ənənəvi ət məhsullarının forması – kotletlər, kolbasa və ya fileto parçaları verilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir