Kəmaləddin Heydərovun təklifi qəbul olundu, onlara vəzifə verildi
Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki , ATF-dən verilən məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.
Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib, Hikmət Səmədovun bu vəzifə üçün namizədliyini irəli sürüb.
Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təklif səsə qoyularaq qəbul edilib.
Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI