“Bank Respublika”da “Günay Bank”ın əmanətçilərinə kompensasiya verilməsinə başlanılır

Bu gündən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC-nin bütün filial və şöbələrində, müflis elan edilmiş “Günay Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılır.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bankın ləğvedicisi təyin olunub. Fondun Himayəçilik Şurasının qərarına əsasən, “Günay Bank”da qorunan əmanətlərin ⁷kompensasiyalarının verilməsi üçün agent bank qismində – “Bank Respublika” seçilib.

Turanın səsi ” in xəbərinə görə Əmanətçilər, kompensasiyaların alınması üçün “Bank Respublika”nın müvafiq filiallarına və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların), habelə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

“Bank Respublika”nın xidmət şəbəkəsinə ölkənin bütün bölgələrini əhatə edən 33 filial və 3 şöbə daxildir. Bunların 18-i müvafiq olaraq Bakı və Abşeronda, eləcə də regionlarda fəaliyyət göstərən 18 xidmət nöqtəsi daxildir. Əmanətçilər Bankın iş qrafikinə uyğun olaraq saat 09:00-dan 17:30-a qədər “Bank Respublika”nın istənilən filial və şöbəsinə müraciət edə bilər və müvafiq sənədlərin yoxlanılmasından sonra kompensasiyalarını ala biləcəklər.

Bankın xidmət şəbəkəsi yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı www.bankrespublika.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsində, eləcə də facebookinstagramlinkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir