Gəncə sakini dam örtüyünü təmir edərkən yıxılaraq müxtəlif xəsarətlər alıb

Gəncə sakini dam örtüyünü təmir edərkən yıxılaraq müxtəlif xəsarətlər alıb.

Bu barədə “turanın səsi ” nə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir