Bakıda “Behzat” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan şəxs tutulub


Bakıda “Behzat” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan şəxs tutulub.

Bu barədə “turanın səsi ” nə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Ələkbərov saxlanılaraq istintaqa təqdim edilib.

Onun üzərinə baxış zamanı əlindəki çantadan ümumilikdə 3 kiloqram yüksək təsiredici narkotik vasitələr hesab edilən heroin və tiryək aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Elnur Ələkbərov şəxsiyyəti istintaqla araşdırılan “Behzat” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Ələkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir”, – məlumatda qeyd olunub.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir