Bu gün “Olimpiakos” – “Qarabağ” matçı var

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turuna start veriləcək.

Turanın səsi” xəbər verir ki, Azərbycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası Yunanıstanın paytaxtı Afinada “Olimpiakos”la qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Qrupun digər oyununda isə “Frayburq” “Nant”ı qəbul edəcək. 

Avropa Liqası
Qrup mərhələsi, III tur
G qrupu, 6 oktyabr

23:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Pirey. “Georgios Karaiskakis” stadionu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir