Taleh Kazımov: “Bu il ÜDM artımı 1,8-2 % civarında, illik inflyasiya 8,3 % səviyyəsində olacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozlarına görə, 2023-cü ilin sonunda ÜDM artımı 1,8-2 % civarında olacaq.

Turanın səsi ”  xəbər verir ki, bunu AMB-in sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Qeyri-neft ÜDM-in artı tempi isə 5,7 %-ə çatacaq. Aprel ayında ölkədə ÜDM 0,1 %, qeyri-neft ÜDM-i 3,7 % artıb.

Bizi narahat edən inflyasiyadır. Aprel ayında inflyasiyanın səviyyəsi 12,8 % olub. Burda əsas ərzaq qiymətlərinin artımıdır. Aprelin proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3 % olacaq. Yanvar ayının inflyasiya proqnozu isə 7,9 % olub”, – T. Kazımov bildirib.

Onun sözlərinə görə, bu ilin aprel ayında ölkənin valyuta ehtiyatları 12 % ataraq 66 milyard ABŞ dollarına, AMB-nin ehtiyatları isə 2,2 % artaraq 9,2 milyard ABŞ dollarına çatıb.

T. Kazımov qeyd edib ki, maliyə sektorunun kredit portfeli 20 milyard ABŞ dollarına çatıb, depozit bazası 5 %-dən çox artıb.

“Kredit portfelin keyfiyyəti apreldə 3,7 %-ə düşüb, onun dollarizasiya səviyyəsi tarixi minimuma enib, yəni 9,9 %-ə. Fiziki şəxslərin depozit portfelinin dollarizasiya səviyyəsi 37 % olub”, – AMB-nin rəhbəri deyib.

O əlavə edib ki, sığorta sektorunun haqq və ödənişlərində artım müşahidə edlib: “Sığorta haqları 30 %, ödənişlər 33 % artıb”.

Qiyməyli kağızlar bazarında da müsbət inkişaf var, T. Kazımov deyib: “Korporativ istiqraz və səhmlər üzrə 8 %, dövlət qiymətli kağızlarında isə 15,6 % artım var. Ümumilikdə maliyə sektorurnun 96 %-i banklara məxsusdur. Həm aktivlərin keyfiyyəti, həm də AMB-nin potensial tələblərinə görə banklarla aktiv işimiz gedir və maliyə sektorunun dayanıqlığını rəqəmlərdə və bankların fəaliyyətində müşahidə edirik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir