DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
    Oktyabrın 4-də saat 2 radələrində Səbail rayonunun Salyan şosesində bir qadın müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
    Səbail RPİ 41-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının Şirvan şəhər sakini Təhminə Qurbanova olması, yol-nəqliyyat-hadisəsinin isə “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.
    Araşdırma aparılır.

Oktyabrın 4-də saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən Xəlilovu vurub və həmin vaxt arxadan gələn Bakı şəhər sakini E.Rəhimovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil isə “Chevrolet” markalı avtomobilə dəyib. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 4-də saat 22 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində qəsəbə sakini M.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bozalqanlı kənd sakini Rəhman Məhərrəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Binəqədi RPİ-nin 40 cı polis bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.


Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə isə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.


Abşeron Rayon Polis İdarəsinə oktyabrın 3-də Ceyranbatan qəsəbəsi ərazisindəki marketlərin birində naməlum şəxsin kassadan 70 manat pulu soyğunçuluq yolu ilə talaması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Süleyman Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində “Ravon” markalı bir avtomobildən 1150 manat pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Əsədullayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir