DİN-in mətbuat xidmətindən verilən məlumatlar (01.06.2023)
Mayın 31-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
⤵️
Axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
⤵️
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
⤵️
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
⤵️
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
⤵️
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 25-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vüqar Qafarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
⤵️
Oğurluq
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
⤵️
Oğurluq
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 8-nə keçən gecə Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən 500 manat pul və 2500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur İsayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
⤵️
Quldurluq
Mayın 29-da Yasamal rayonunun Mətbuat prospektində bir nəfərin qol nahiyəsinə bıçaqla xəsarət yetirilməklə 30 manatının talanması barədə polisə məlumat daxil olub.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fərid Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
⤵️
Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.
Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər. Araşdırma aparılır.
⤵️
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov:
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xərarət alması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) madəsi ilə cinayət işi başlanıb.
⤵️
Masallıda qoyun oğurluqları edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “turanın səsi ” nə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səmidxan kəndi ərazisində yerləşən evlərdən birinin həyətindəki tövlədən 1350 manat dəyərində 4 baş qoyunu oğurlayan Çaxırlı kənd sakini Ş.Ağayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun əlavə olaraq müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 təsərrüfatdan qoyun oğurluqları etdiyi müəyyən olunub. Oğurlanan xırdabuynuzlu heyvanların bir qismi aşkarlanaraq sahiblərinə qaytarılıb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
⤵️
Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə Masallı RPŞ əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
⤵️
Vətəndaş Razi Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI