Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları mayda cüzi azalıb
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 175,7 milyon ABŞ dolları təşkil edib.
“Turanın səsi ” quruma istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,1 % azdır.
Bununla belə, AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2 %, son 1 ildə isə 26,9 % artıb.