Ağsuda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
Ağsuda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “turanın səsi ” nə verilən məlumata görə, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən, ümumi çəkisi 1 tondan artıq olan 2763 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
⤵️