Masallıda zəlzələ olub
Masallıda zəlzələ olub.
“Turanın səsi ” xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:36-da Lənkəran stansiyasından 26 km şimal-qərbdə, Masallı rayonunda 3.1 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.
Qeyd edək ki, mayın 19-da Goranboyda 3,1 maqnitudalı zəlzələ olub.