Dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalmaş şəxsin köməyinə fhn -ın xilasediciləri çatdı

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazisində 1 nəfərin dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Şimal-qerb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb.

Əvvəlcə, xəsarət almış şəxsə xilasedicilər tərəfindən ilkin yardım göstərilib, o cümlədən sınmış qoluna şina qoyulub.

Daha sonra mərkəzin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı sayəsində N.İsakov çətin keçidli relyefə malik dağlıq ərazidən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

⤵️

⤵️

⤵️

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir