Avropa İttifaqı Şurasının Prezidenti: “Ukrayna məğlubedilməzdir”
Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bunu Ş.Mişel tviterdə yazıb.
“Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”, – o bildirib.
Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.
Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.