Yaponiya İmperatoru Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb
Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“Turanın səsi ” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram”.