Konfrans Liqasında ilk finalçı müəyyənləşib

UEFA Konfrans Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Turanın səsi ” in məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda Niderlandda “AZ Alkmaar”la 1:0 hesabı ilə qalib gələn İngiltərə “Vest Hem”i həlledici matçda iştirak hüququ qazanıb. İlk görüşdə London təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.

İsveçrədə “Bazel” və İtaliya “Fiorentina”sı arasında keçirilən yarımfinalın digər oyununda isə əsas vaxt qonaqların üstünlüyü ilə yekunlaşıb – 2:1. İlk qarşılaşmada isveçrəlilər 1 top fərqi ilə qalib gəldiklərindən ümumi hesab bərabərləşib. Bu səbəbdən matçda əlavə vaxt oynanılacaq.

UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
18 may

23:00. “Bazel” (İsveçrə) – “Fiorentina” (İtaliya) – 1:2 (ƏLAVƏ VAXT)
Qollar: 
Zeki Amduni, 55 – Nikolas Qonsales, 35; 72
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, “Sankt-Yakob Park” stadionu
İlk oyun – 2:1

23:00. “AZ Alkmaar” (Niderland) – “Vest Hem” (İngiltərə) – 0:1
Qol: 
Pablo Fornals, 90+4
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun – 1:2

Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir