Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Turanın səsi ” in məlumatına görə, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib. Birinci oyunda “Milan”a 2:0 hesabı ilə qalib gələn “İnter” “Cüzeppe Meatsa” stadionundakı ikinci görüşdə də əzəli rəqibini məğlub edib – 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.

Simone İnzaginin baş məşqçi olduğu kollektiv bu nəticə ilə 13 ildən sonra yenidən Çempionlar Liqasının finalına yüksəlib.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
16 may

23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya) – 1:0
Qol: 
Lautaro Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, “Cüzeppe Meatsa” stadionu
İlk oyun – 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya “Real Madrid”i İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Bu komandaların Madriddə keçirilmiş ilk duelində heç-heçə qeydə alınıb – 1:1.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir