FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi dərs keçirib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid videoçarxlar nümayiş etdirilib.
Bununla yanaşı, dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə də yaxından tanış olublar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI