Adel bin Əbdulrəhman əl-Asumi: “Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq”

0


“Sizin kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq”.

Turanın səsi ” in xəbərinə görə, bu fikirləri Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Dövlət başçısı İlham Əliyevin Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğulayıb.

O, Azərbaycanın İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu deyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir