Ərəb Parlamentinin prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir edir

0


Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirib.

Turanın səsi ” in xəbərinə görə, o, bu barədə mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırıb.

Qonaq ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir