Aİ Şurasının Prezidenti: “Azərbaycan və Ermənistan “Alma-Ata Bəyannaməsi”nə sadiqliklərini bir daha təsdiqləyiblər”
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
“Turanın səsi ” in məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.
“İki ölkənin liderləri 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (86,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər”, – Şarl Mişel bildirib.
O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq.