İngiltərə Premyer Liqası: “Nyukasl” xal itirib, “Mançester Yunayted” isə qələbə qazanıb

0

İngiltərə Premyer Liqasının 36-cı turunun matçlarında “Nyukasl” səfərdə “Lids Yunayted”lə oyunda 3 xalı əldən verib, “Mançester Yunayted” isə “Vulverhempton” üzərində inamlı qələbə qazanıb.

Turanın səsi ” xəbər verir ki, “Elland Roud” stadionunda baş tutan “Nyukals” – “Lids” matçında 4 qol vurulub.

Belə ki, 7-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lyuk Eylinq fərqlənib. Daha sonra isə qonaqların forvardı Patrik Bemford iki dəfə penaltini qola çevirərək hesabı “sağsağanlar”ın xeyrinə dəyişib. Bununla belə, “Lids”in digər müdafiəçisi Rasmus Kristensen tarazlığı bərpa edərək yekun hesabı müəyyənləşdirib – 2:2.

Turun bir digər matçı da “Old Trafford”da baş tutub. “Mançester Yunayted”in “Vulverhempton”u qəbul etdiyi oyunda meydan sahibləri güclü olub. İki qolla yadda qalan qarşılaşmada birinci dəqiq zərbəni “qırmızı şeytanlar”ın oyunçusu Antoni Marsyal endirib. Əlavə edilmiş dəqiqələrdə isə Alexandro Qarnaço oyundakı yekun hesabı müəyyənləşdirib – 2:0.

Beləliklə, 35 oyundan sonra “Nyukals” və “Mançester Yunayted” müvafiq olaraq 3 və 4-cü pillələrdə qərarlaşıblar. Hər iki komandanın aktivində 66 xal var. Onların ən yaxın təqibçisi isə “Liverpul”dur. Mersisayd təmsilçisinin 62 xalı var, “qırmızılar”ın 6 oyunluq qələbə seriyası mövcuddur. Çempionatın başa çatmasına sadəcə 3 oyun qalmasına və “Liverpul”la 4 xallıq fərqə baxmayaraq, “Nyukasl” və “Mançester Yunayted”in oyun təqvimləri “qırmızılar”ın ilk dördlüyə soxulmasına imkan yarada bilər. Belə ki, “Nyukasl”ın növbəti oyunları liqanın sürprizi “Brayton” (evdə), “Lester” (evdə) və “Çelsi”yə (səfərdə) qarşıdır. “Qırmızı şeytanlar”ı isə “Bornmut” (səfərdə), “Çelsi” (evdə) və “Fulhem”lə oyunlar gözləyir. “Liverpul” “Lester” (səfərdə), “Aston Villa” (evdə) və çempionatla vidalaşmış “Sauthempton”la (səfərdə) qarşılaşacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir