“Sabah” – “Beşiktaş” oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib – YENİLƏNİB – 7

0


Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyunu başa çatıb. 

Turanın səsi ” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. 

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib. 

Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə “Sabah”ın heyətində Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir