“Qarabağ” və “Qalatasaray” klublarının rəhbərliyi arasında görüş olub

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi arasında görüş olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel şəxsi instaqram hesabında paylaşım edib.
Toplantı İstanbul klubunun ev oyunlarını keçirdiyi “Nef” stadionunda gerçəkləşib.
Qeyd edək ki, “Qalatasaray”ın prezidenti Dursun Özbek komandalar arasında Bakıda təşkil olunmuş yoldaşlıq matçı ərəfəsində “Qarabağ”la qardaş klub olacaqlarını açıqlamışdı.