Azərbaycan və Litva XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

0

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin müzakirə etdikləri məsələləri açıqlayıb.

Turanın səsi ” xəbərinə görə Nazirlikdən  bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Qabrielius Landsberqis arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində keçiriləcək İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının iki ölkə arasında iqtisadi, ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və s. sahələr üzrə mövcud münasibətlərin inkişafına töhvə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan və Litva arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin də vacibliyi qeyd olunub.

Ötən ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində geniş imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, yaşıl enerji sahəsinin də Azərbaycan və Litva arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələrdən biri olduğunu diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən sonra bölgədəki vəziyyət, Azərbaycanın bərpa-quruculuq, sülh səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə danışan nazir, mövcud çağırışlara və çətinliklərə baxmayaraq, Azərbaycanın sülh müqaviləsinin imzalanması istiqamətində səylərini davam etdirməkdə qərarlı olduğunu diqqətə çatdırıb. Regionda yaranmış yeni reallıqların əməkdaşlıq üçün imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan, müasir şəhərsalma üsulları, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərində əməkdaşlıq üçün geniş potensial olduğunu qeyd edib. Bununla yanaşı, Ermənistanın bölgədə yaratdığı mina təhdidləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, bu problemin aradan qaldırılması istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazir Qabrielius Landsberqis, iki ölkə arasında münasibətlərin inkişafının, artan təmasların və qarşılıqlı səfərlərin təqdirəlayiq olduğunu qeyd edərək, keçiriləcək Hökumətlərarası Komissiyanın iclasının bu dinamikaya müsbət töhfə verəcəyini qeyd edib. Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin alternativinin olmadığını ifadə edən nazir Qabrielius Landsberqis, Litva Respublikasının bölgədə sülh və quruculuq səylərini dəstəklədiyini söyləyib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir