Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final oyunu keçiriləcək

Final mərhələsi 7 may saat 17:00-da Bakı Tennis Akademiyasının minifutbol meydançasında Fövqəladə Hallar Nazirliyinin komandası ilə Dövlət Təhlükəsizliyi Xidmətinin komandası arasında baş tutacaq.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 52 dövlət qurumunun komandasının iştirak etdiyi minifutbol turniri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin komandası ümumilikdə 18 oyun keçirib. Komandamız 17 oyunu qələbə, bir oyunu bərabərliklə bitirməklə finala məğlub olmadan ən çox qələbə qazanaraq irəliləyən yeganə komandadır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir