Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub
Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar.
“5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi zati-aliləri cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineya Müstəqil Dövlətinin Daimi Nümayəndəsi zati-aliləri Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, – Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında bildirilib.
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI