FHN-in Kadr siyasəti Baş idarəsi dövlət qulluqçuları üçün təlim keçirib

0

FHN-in Kadr siyasəti Baş idarəsi dövlət qulluqçuları üçün təlim keçirib.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsi tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq “Dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dövlət qulluqçularının etik davranışı” və “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması məqsədilə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün” mövzularında təlim keçirilib.

Tədbirdə FHN-in Aparatı və qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.

Təlim zamanı FHN-in Kadr siyasəti Baş idarəsinin Kadr təminatı idarəsinin rəisi polkovnik Hikmət Osmanov peşəkarlığın artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq qiymətləndirilmənin forması, dövrü, meyarları barədə təlim iştirakçılarına ətraflı məlumat verib. H.Osmanov bildirib ki, sözügedən qaydanın tətbiqi dövlət qulluqçusuna həm öz sahəsi, həm də dövlət orqanının ümumi fəaliyyəti üzrə geniş nəzəri və praktik biliklərə, yüksək vərdişlərə yiyələnməsinə və onları öz işində uğurla tətbiq etməsinə şərait yaradacaq.

Tədbirdə məruzə ilə çıxış edən FHN-in Kadr siyasəti Baş idarəsinin Təhsil və peşə hazırlığı şöbəsinin rəisi mayor Rəşad Həsənli dövlət qulluqçularının davranış qaydalarını tənzimləyən etik davranış qaydaları haqqında qanunda təsbit edilmiş normaları, bu qaydaların dövlət qulluqçuları üçün mənəvi, etik, hüquqi dəyərlərə malik olmasını təlim iştirakçılarının diqqətinə çatdırıb. R.Həsənli dövlət qulluğunda etik davranış qaydalarının prinsipləri, maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər, həmçinin dövlət qulluqçuları barəsində intizam icraatının tətbiq edilməsi halları barədə ətraflı məlumat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir