Hulusi Akar: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması əlaqələrimizə töhfə verəcək”

0

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşmasına da töhfə verəcək”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT World”da dərc olunan “Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqaləsində yazıb.

Bildirilib ki, artıq bu istiqamətdə addımlar atılıb: “Biz artıq müsbət addımlar atmışıq, o cümlədən xüsusi nümayəndələrin təyinatı və üçüncü ölkə vətəndaşları və diplomatlar üçün ümumi sərhəd-keçid məntəqələrinin açılmasına razılıq vermişik. Bundan əlavə, birbaşa hava yüklərinin tranziti ilkin diplomatik əlaqələrin daha bir konkret nəticəsidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevral ayında ölkəmizdə baş verən dağıdıcı zəlzələdən sonra başsağlığı vermək üçün Türkiyəyə səfəri kimi son hadisələr də bizi ruhlandırır. Biz Ermənistan xalqına və hökumətinə bu çətin vaxtda yardım göstərdiyinə görə minnətdarıq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir