Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqları müzakirə edib
Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə “turanın səsi ” nə Azərbaycan XİN-dən məlumat verilib.
Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.
Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI