FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti dəfə qəsdən yanğıntörətmə faktının üstünü açıb
28 aprel 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədəki şabalıd ağacında yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Vüqar Əlirza oğlu Aslanov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI