Azərbaycanın Baş prokuroru Türkiyədə işgüzar səfərdədir
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.