Yaponiyada qızılın qiyməti ard-arda üçüncü gün tarixi maksimumunu yeniləyib

Yaponiyada qızılın qiyməti qlobal maliyyə bazarında qeyri-sabitlik səbəbindən bu aktivə artan investor marağı fonunda ardıcıl üçüncü gün tarixi maksimumunu yeniləyib.

turanın səsi ” TASS-a istinadən xəbər verir ki, buna treyderlərin və hərracların məlumatları dəlalət edir.

Ölkənin ən böyük qiymətli metal istehsalçılarından və satıcılarından biri olan “Tanaka Kikinzoku” 1 qram qızılın pərakəndə satış qiymətini 9 785 iyen (indiki məzənnə ilə 71,92 dollar) müəyyən edib.

Bu əsnada Tokio əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti təxminən 8 840 iyen (64,98 dollar) təşkil edir.

Bu arada, ölkənin 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərindəki dalğalanmaları ölçən “Nikkei” indeksi 0,12 % artaraq 29 157 bənd olub. Dolların iyenaya nisbətdə məzənnəsi 0,38 % ucuzlaşaraq 1 dollar üçün 136,04-136,06 iyen təşkil edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir