Rusiya SQ Xersonu atəşə tutub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230502_182453.jpg)
Rusiya Silahlı Qüvvələrinin (SQ) Xerson şəhərini və vilayətini atəşə tutması nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
“turanın səsi ” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xerson Vilayət Prokurorluğuna istinadən məlumat yayıb.
“Rusiya hərbi qüvvələri mayın 2-də Xerson şəhərini və regionun Belozerski icmasının bir sıra kəndlərini atəşə tutub”, – qeyd edilib.
İlkin məlumata görə, Rusiya SQ mülki əhalini atəşə tutub və hava zərbələri endirib. Xüsusilə mülki infrastruktur obyektlərinə, o cümlədən yaşayış binalarına, nəqliyyat vasitələrinə ziyan dəyib.