Şolts: “Ukrayna “Gepard” üçün mərmiləri bu ilin avqustunda almağa başlayacaq

Ukrayna Almaniya istehsalı olan “Gepard” zenit qurğusu üçün sursatı bu ilin avqustunda almağa başlayacaq.

Turanın səsi ”  BBC-yə istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts bildirib.

Almaniya ilkin olaraq 6000 mərmi ilə 34 Gepard qurğusunu Ukraynaya göndərdi və daha üç qurğu və 300 min mərmi tədarük etməyi planlaşdırır. Buna görə də Almaniyanın “Rheinmetall” konserni “Gepard” üçün yeni sursat fabriki tikməyə qərar verdi.

Bildirilib ki, Almaniya əvvəlcə Ukraynaya 6000 mərmi ilə 34 “Gepard” verib. Məlumata görə, daha 3 qurğu və 300 000 mərmi verilməsi planlaşdırılır.

Almaniya Ukraynaya İsveçrə istehsalı olan mərmilər vermək istəyib. Ancaq istehsalçı ölkənin qanunlarına əsasən, silahlı münaqişə gedən bölgələrə həmin sursatın tədarükü qadağan olduğu üçün bu plandan imtina edilib. Məlumata görə, Almaniyanın “Rheinmetall” konserni “Gepard” üçün yeni mərmi zavodu tikmək qərarına gəlib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir