Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/1652586650_azedu.az_rezudentura_543.jpg)
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçirilib.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Sınaq imtahanı DİM-in Bakı şəhəri Nəsimi rayonu A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçirilib. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda 90 nəfər iştirak edib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.