Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb


Sentyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.


Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Qonağı və onun başçılıq etdiyi nümayəndə heyətini salamlayan Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasında 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində aktiv siyasi dialoq sayəsində ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əlaqələrimiz yüksək səviyyəyə çatıb. Qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri mühüm rol oynayıb. Bugünədək iki ölkə arasında geniş spektri əhatə edən 250-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Bu sahədə Prezident İlham Əliyevin cari ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizi yeni səviyyəyə qaldırıb. Bu bəyannamə parlamentlərarası əlaqələr də daxil olmaqla, demək olar ki, ölkələrimizin bütün sahələrdəki əməkdaşlığını özündə ehtiva edir .

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir