Ərdoğan: “Azərbaycan Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün şəhərcik inşa edir”

0

Azərbaycan Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkənlər üçün şəhərcik inşa edir.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

O, Prezident İlham Əliyevin çıxışından sonra Kahramanmaraşda Azərbaycan dövləti ilə TOKİ-nin birgə layihəsi olan şəhərciyin təməlqoyma mərasiminin iştirakçılarına da müraciət edib: “Əziz qardaşım İlham bəy bizləri əvvəldən bəri bilinən Pazarcık mərkəzli zəlzələdə heç vaxt tək qoymadı. Axtarış-xilasetmə qrupları Kahramanmaraşda ilk andan bizimlə idi. Bu, kifayət etmədi. Qardaşım İlham bəy Kahramanmaraşda 1000 daimi yaşayış yeri vəd etdi. Lakin biz orada məktəbi, məscidi, yataqxanası və bir çox konseptlərdə binaları olan Azərbaycan şəhərciyi tikmək qərarına gəldik. Bu gün bu münasibətlə biz bunun əsasını qoyduq”.

Qeyd edək ki, tikinti işlərinin bir il ərzində tamamlanacağı bildirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir