Fövqəladə Hallar Nazirliyinin Akademiyasnda “Xəmsə” intellektual bilik yarışı keçirilib
28 aprel 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə respublikanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Xalqa bağışlanan ömür” adında “Xəmsə” intellektual bilik yarışı keçirilib.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Yarışda FHN-in Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.
Yarış iştirakçıları, əvvəlcə FHN Akademiyasının Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Yarışın açılışında çıxış edən FHN-in Akademiyasının rəis müavini polkovnik Kazım Kazımov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün örnəkdir, nümunəvi məktəbdir. Ümummilli Liderin həyat yolunu, siyasi irsini dərindən öyrənmək, fikirlərindən irəli gələn vəzifə və tapşırıqları dərk edərək həyat və fəaliyyət proqramımıza çevirmək qarşımızda duran ən ümdə vəzifələrdən biridir.
Rəis müavini vurğulayıb ki, intellektual bilik yarışlarının keçirilməsi Azərbaycan gənclərinin dünya görüşünün, ictimai və elmi fəallığının formalaşmasında mühüm rol oynayır. “Akademiyada ənənə halını alan belə tədbirlərdən biri də “Xəmsə” intellektual oyunudur”,- deyə sözünə davam edən K. Kazımovun bildirdiyinə görə, bu yarış da ölkəmizdə keçirilən digər intellektual oyunlar kimi, gənclərin zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına böyük önəm verdiyini konkret faktlarla əsaslandıran FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev diqqətə çatdırıb ki, Ulu Öndərin müdrik siyasəti, müəllifi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin uğurla davam etdirilməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Azadi Quliyev həmçinin onu da bildirib ki, bu gün həm də Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Görkəmli alimimizin elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur.
Sonra bilik yarışına start verilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışmasının qalibi adına Dövlət Gömrük Komitəsinin Akademiyası layiq görülüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI