Ceyhun Bayramov: “Fransa ilə qarşılıqlı investisiyaların həcmi bir neçə milyard avroya çatıb”

0


“Azərbaycan və Fransa arasında qarşılıqlı investisiyaların həcmi bir neçə milyard avroya çatıb”.

Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, eləcə də regional məsələləri müzakirə etdik”, – C.Bayramov bildirib.

“Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Bu müddət ərzində müxtəlif sahələrdə münasibətlər çox dinamik inkişaf edib. Buraya birgə enerji layihələri, kosmik, humanitar, sosial və digər əməkdaşlıq sahələri daxildir”, – nazir əlavə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir