Yaponiyanın Aya enməyə hazırlaşan kosmik gəmisi ilə əlaqə kəsilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230426_085208.jpg)
Yaponiyanın “Hakuto-R Mission 1 (M1)” kosmik gəmisi Aya eniş etmək üzrəykən onunla əlaqə kəsilib.
Bu barədə ” turanın səsi ” xarici mətbuata istinadən xəbər verir.
“Biz rabitəni itirdik, ona görə də Ayın səthinə enişi tamamlaya bilməyəcəyimizi düşünməliyik”, – Yaponiyanın kosmik “İspace” şirkətinin baş direktoru Takeşi Hakamada deyib.
“Hazırda Tokionun Nihonbaşı şəhərində yerləşən HAKUTO-R Missiyaya Nəzarət Mərkəzi kosmik gəminin uğurunu təsdiq edə bilməyib”, – şirkətin açıqlamasında bildirilir.
Kosmik mühəndislər və Missiya İdarəetmə Mərkəzindəki əməliyyatları mütəxəssisləri hazırda kosmik gəminin hazırkı vəziyyətini təsdiqləmək üçün çalışırlar. “Kosmik gəminin statusu ilə bağlı əlavə məlumat əlçatan olduqdan sonra açıqlanacaq”, – Mərkəzdən bildirilib.
Əgər eniş uğurla başa çatsaydı, “İspace” Aya kosmik gəmi endirən ilk özəl şirkət olacaqdı.